Press "Enter" to skip to content

Nazirlikdən yeni sosial çarx

Son yeniləmə: 21 Yanvar 2022 18:34

Bayraqdar.info – “Valideynsiz uşaqlara valideyn olaq və onlar ailədə böyüsün!”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni videoçarxa məhz bu başlıq seşilib.

Nazirlikdən bayraqdar.info-ya yanvarın 21-də verilən məlumata görə valideynsiz uşaqlar dövlət uşaq müəssisələrində diqqət və qayğı ilə əhatə olunsalar da, həmişə qəlblərində ailə mühitində yaşamaq və valideynlərinin doğmalığı əhatəsində böyümək istəyirlər.

Məlumatda bildirilir ki, ƏƏSMN-in təqdim etdiyi yeni sosial çarx da elə bu mövzunu – valideynsiz uşaqlara valideyn olub bundan sonrakı həyatlarında onların ailə mühitində yaşamalarına dəstək olmaq, onlarla birgə addımlamaq çağırışını əks etdirir.

Mission News Theme by Compete Themes.