Press "Enter" to skip to content

Mevlüt Cavuşoğlu: Odla oynamasınlar

Mevlüt Çavuşoğlu

Son yeniləmə: 21 Yanvar 2022 01:34

Bayraqdar.info – “Türkiyəyə və ya KKTC-yə hücum olarsa, bunun bədəlini ödətəriz. Odla oyanmasınlar”.
Bunu Türkiyə xarici işlər naziri Mevlüt Cavuşoğlu deyib.

Bununla bağlı məlumatda qeyd edilir ki, Güney Kıbrısın rum idarəsinin PKK/PYD-yə ofis açmaq icazəsi məsələsinə toxunan M.Çavuşoğlu, “Sabah buradan hər hansı bir təhdid olarsa, Türkiyə və ya Kuzey Kıbrıs Türk Cümhuriyyətinə, Kıbrısdakı türk qardaşlarımıza hücum edilərsə bunun çox ağır bədəli olar”, – deyib.

Estoniyanın xarici işlər naziri Eva-Maria Liimets ilə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin məsələ ilə bağlı sualını cavablandıran nazir deyib: “Təəssüf ki, terror məsələsində “düşmənimin dostu mənim dostumdur” anlayışına daha çox rast gəlməyə başlamışıq”.

Terror təşkilatlarından istifadə edən ölkələrin olduğunu bildirən M.Çavuşoğlu, “Ən son terrorla mübarizə adı altında DAİŞ-lə mübarizədə terror təşkilatlarına dəstək verilirdi. Amma biz Türkiyə olaraq terrorla mübarizədə ən pis münasibətdə olduğumuz ölkələrlə belə həmrəy olmaq istədik və etdik. Biz heç bir terror təşkilatına dəstək verməmişik”, – deyə, əlavə edib.

Həm terror təşkilatı PKK-nın, həm də DHKP-C-nin Yunanıstanda düşərgələri olduğunu qeyd edən M.Çavuşoğlu “orada təhsil alan DHKP-C-çilərin Türkiyədə terror aktları törətdiyi də sənədlərlə sübuta yetirilib”, – sözıərinin əlavə edib.

Nazir eyni zamanda FETÖ üzvlərinin Yunanıstanı təkcə tranzit deyil, həm də sığınacaq bir ölkə kimi gördüklərini ifadə edib.

Mission News Theme by Compete Themes.