Son yeniləmə: 21 Yanvar 2022 11:51
Bayraqdar.info – Azərbaycan xalqı 20 yanvar 1990-cı ildə baş vermiş qırğınların və rus işğalının 32-ci ildönümünü qeyd etməkdəykən GünAz TV öz efirində o günə işıq tutub. TV-nin aparıcısı Məhsəti Quluzadənin qonağı siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət olub.
20 yanvar olaylarının şahidi və iştirakçısı olmuş A.Həsrət aparıcının suallarına cavab olaraq hadisələrlə bağlı xatirələrini paylaşıb, eyni zamanda aradan keçən 32 ili dəyərləndirib.
A.Həsrət bildirib ki, 20 yanvar Azərbaycan xalqı üçün bir faciə olsa da ümumilikdə çağdaş tarixin qürur səhifəsidir.
Ekspert öz çıxışında 20 yanvarla bağlı saxta bilgilər yayanlara da münasibətini bildirib.
A.Həsrət qeyd edib ki, Sovet İttifaqı adı altında maskalanmış Rusiya imperiyası Azərbaycan xalqını ruhdan salmaq, sındırmaq məqsədi güdüb. Lakin əlində adi bir mətbəx bıçağı belə olmayan Azərbaycan xalqı o böyük gücün qarşısında mətanətlə dayanmaqla dirəniş örnəyi göstərib.
Siyasi şərhçi hadisələrə işıq tutacaq “Mən tanıqlıq edirəm” adlı romanı haqqında da fikirlərini paylaşıb.
https://www.youtube.com/watch?v=MA0GXSx6d4o