Press "Enter" to skip to content

Fars-molla rejimi milli fəalı narkomanlarla bir məhbəsə salıb

Nərgiz Məhəmmədi

Son yeniləmə: 21 Yanvar 2022 09:48

Bayraqdar.info – 2021-ci ilin noyabr ayında həbs edilən və son iki ayda Tehranın Evin zindanında təkadamlıq kamerada saxlanılan tanınmış hüquq müdafiəçisi, “İnsan Hüquqları Müdafiəçiləri Assosiasiyası”nın sözçüsü Nərgiz Məhəmmədi Vəraminin Qərçək həbsxanasına köçürülüb.

Bu barədə N.Məhəmmədinin Parisdə siyasi mühacirətdə yaşayan həyat yoldaşı Tağı Rəhmani yanvarın 19-da Twitter hesabında etdiyi paylaşımında xəbər yayıb.

T.Rəhmani İranda insan hüquqları uğrunda mübarizə aparan təşkilatlara açıqlamasında bildirib ki, onun həyat yoldaşı yeni həbsxanaya köçürüldükdən sonra evləri ilə hər hansı bir telefon əlaqəsi saxlamayıb. “Bu isə bizim ciddi nigaranlığımıza səbəb olub. Hazırda onun hansı şəraitdə saxlanılması bizə məlum deyil”, – deyə T.Rəhmani bildirib.

Qeyd edilir ki, Vəraminin Qərçək zindnı İranın ən bədnam zindanlarından biridir və bu həbsxanada yalnız narkotik maddələrin satışı və qaçaqmalçılığı ilə məşğul olan narkoman məhbus qadınlar saxlanılır.

Hüquq müdafiəçisinin isə narkoman qadınlarla eyni yerdə saxlanılması İrandakı hüquq müdafiəçiləri və onların ailə üzvləri üçün ciddi narahatlıq doğurub.

Xatırladaq ki, N.Məhəmmədi 2021-ci ilin noyabr ayında Tehranda həbs edilib.

Fars-molla rejimindən qadın fəala 30 ay həbs və 80 şallaq cəzası

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan N.Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq təhdid edilib, təzyiqlərə məruz qalıb.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.