Press "Enter" to skip to content

COVID-19 testinin cavabı müsbət çıxan seçicilərə “qırmızı işıq”

Son yeniləmə: 21 Yanvar 2022 18:27

Bayraqdar.info – Yanvarın 23-də Kuzey Kıbrıs Türk Cümhuriyyətindən növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkilər hazırlıq işləri tamamlanıb.

Bu arada isə səsvermə ilə bağlı daha bir məlumat yayılıb. Belə ki, COVID-19 testinin cavabı müsbət olan seçicilər səs verə bilməyəcəklər.

Yüksek Seçim Kurulu bununla bağlı növbəti dəfə açıqlama yayıb. Bildirilib ki, COVID-19 testinin cavabı müsbət olan, yaxud test vermədən məntəqəyə gələn seçicilər dərhal polis nəzarəti altında oradan uzaqlaşdırılacaqlar.

Beləliklə YSK-nın 20 saylı açıqlamasında deyilir: “2022-ci il yanvarın 23-də keçiriləcək növbədənkənar parlamentə seçkilərində COVID-19 testinin cavabı müsbət olan şəxslərin seçki bölgəsinə getməsi qadağandır. Bununla belə, seçkilərdən öncə xəstələnmiş, seçici siyahıları hazırlanan müddətdə COVID-19-a yoluxmuş seçicilər yanvarın 23-də məntəqələrə gələrkən seçkidən 24 saat öncə verilmiş mənfi PCR test nəticəsini göstərən PDF sənədini təqdim etməlidirlər”.

Mission News Theme by Compete Themes.