Son yeniləmə: 21 Yanvar 2022 12:45
Bayraqdar.info – Azərbaycan idmançısı bir ay ərzində ikinci medal qazanıb.
Gənclər və İdman Nazirliyinin məlumatına əsasən yanvarın 20-də Xorvatiyanın Osijek şəhərində keçirilən ISSF Qran-Pri yarışı keçirilib. Yarışda Azərbaycan idmançısı Ruslan Lunyov pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada gümüş medal qazanıb.
Məlumatda xatırladılıb ki, bu, Ruslanın son bir həftədə ikinci uğurudur. Belə ki, idmançı yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri yarışında qızıl medal qazanmışdı.