Son yeniləmə: 20 Yanvar 2022 11:35
Bayraqdar.info – Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşların xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.