Press "Enter" to skip to content

İsveçrədəki səfirliyimizin əməkdaşları “Can verən Aslan” abidəsini ziyarət edib

Son yeniləmə: 20 Yanvar 2022 14:46

Bayraqdar.info – 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən anım tədbiri keçirilib.

Səfirlikdən bayarqdar.info-ya verilən məlumata əsasən anım mərasimi ilə əlaqədar İsveçrənin Lusern şəhərinə səfər olunub.

Mərasim iştirakçıları Azərbaycanın müstəqilliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Lusern şəhərində ucaldılmış, tarix boyu azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş, bu ölkənin kədər, eyni zamanda, qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” abidəsinin üzərinə gül dəstəsi qoyulub. Dünyada müstəqillik və azadlıq uğrunda mübarizədə həlak olmuş insanların xatirəsini yad etmək üçün bu abidənin ziyarət edilməsi ənənəyə çevrilib.

Koronavirus pandemiyası ilə əlaqədar İsveçrədə tətbiq olunan sərt məhdudlaşdırıcı tədbirlər səbəbindən anım mərasimində səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.

Mission News Theme by Compete Themes.