Son yeniləmə: 20 Yanvar 2022 14:02
Bayraqdar.info – Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.
Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.