Son yeniləmə: 5 Fevral 2022 20:53
Bayraqdar.info – “Bu gecə qərənfillərin ağladığı gecə, bu gün günəşin doğmadığı gündür”.
Bu sözlər qardaş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşımında öz əksini tapıb.
Twitter hesabında paylaşım edən səfir daha sonra yazıb: “20 Yanvar 1990-cı ildə Bakıda azadlıq, müstəqillik, istiqlaliyyəıt və suverenlik uğrunda şəhid olan can qardaşlarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları şad, məkanları cənnət olsun. Unutmayacağıq!”
Bu gece ‘karanfilin ağladığı gece’
Bu gün ‘güneşin doğmadığı gün’ dür.20 Ocak 1990’da Bakü’de
özgürlük,hürriyet,bağımsızlık ve egemenlik uğrunda şehit düşen can kardeşlerimizi saygıyla ve rahmetle anıyoruz. Ruhları şad mekanları Cennet olsun. Unutmayacağız.🌹🌹🌹#20yanvar pic.twitter.com/eVMWq5nIi6— Cahit Bağcı (@cahitbagci) January 19, 2022