Press "Enter" to skip to content

“Türklərdə təhsil” kitabı işıq üzü görüb

Son yeniləmə: 19 Yanvar 2022 13:10

Bayraqdar.info – Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaşın “Türklərdə təhsil” (“Türklerde eğitim”) kitabı işıq üzü görüb.

Bu barədə bayarqdar.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, kitabın müəllifi türk toplumlarının tarixdən bu günə qədər insan yetişdirmə üsullarını təhlil edərək, onların bu günə olan yansımalarını araşdırıb: “Türk toplumlarının müstəqil, güclü dövlətlər olaraq varlıqlarını əbədi davam etdirə bilmələri üçün təhsil, elm və texnologiya ilə bağlılığı, sabahın nəsillərini bu gün yetişdiririksə, gələcəyi necə müəyyənləşdirməli, müstəqil düşünə bilən fərdləri necə yetişdirməliyik kimi suallara cavab axtarıb”.

Xatırladaq ki, N.Büyükbaş daha öncə müəllim, müfəttiş, şəhər təhsil idarəsinin müdiri və Atatürk Araşdırma Mərkəzinin sədr müavini vəzifələrində çalışib. O, 2013-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Yaqub Mahmudovun rəhbərliyi altında “Türkiyə-Azərbaycan orta məktəblərində tarixşünaslıq və tədrisi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Türk dünyasının insan yetişdirmə nizamına dair effektiv təhsil, türkcə təhsil və milli tarix şüurunun axtarışına töhfə vermək məqsədilə yazılan kitab Ankarada nəşr olunub.

Mission News Theme by Compete Themes.