Son yeniləmə: 19 Yanvar 2022 12:51
Bayraqdar.info – Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev yanvarın 19-da Sərəncam imzalayıb. Məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
“Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.