Press "Enter" to skip to content

Tayfun Selen ABŞ-da ilk türk konqresmen ola bilər

Tayfun Selen

Son yeniləmə: 19 Yanvar 2022 00:05

Bayraqdar.info – Birləşmiş Ştatlarda Konqresə keçirləcək bu dəfəki seçkilər okeanın o tayında yaşayan türklər üçün daha maraqlı olacaq. Belə ki, 2009-cu ildə ABŞ-ın Nyu Cersi ştatına bağlı Chatham rayonun bələdiyyə sədri seçilən Tayfun Selen bu dəfə də Konqresə düşməyə iddialıdır.

Bununla bağlı məlumata keçməzdən öncə bildirək ki, Respublikaçılar Partiyasının üzvü olan və 18 ildir Chathamda yaşayan T.Selen İstanbul Texniki Universitetinin Memarlıq Fakültəsinin məzunudur. Selen Nyu-Cersidəki “Montclair State” universitetində magistratura pilləsində təhsil alıb.

Beləliklə, yuxarıda vurğulandığı kimi ABŞ-dakı ilk türk bələdiyyə sədri kimi tarixə düşən T.Selen iyunun 7-də keçiriləcək seçkilərdə Konqresə düşmək üçün bütün gücünü səfərbər edib.

ABŞ-dakı türklərin Konqresdəki ilk nümayəndəsi olmaq iddiasını ortaya qoyan T.Selen Anadolu Ajansına müsahibəsində “türk toplumunun Amerika siyasətindəki gözü, qulağı olmaq mənim üçün qürur mənbəyi olacaq”, – deyib.

Partiyaların Konqresə namizədlərinin müəyyən ediləcəyi ilkin seçkilərin ortaq məqsədlər üçün qaçırılmaması lazım olan bir fürsət olduğunu ifadə edən T.Selen deyib: “Konqresə girmək şansımız var və bunu dəyərləndirməliyik. Mənim ailəm qarşısında vəzifələrim var. Amma lazım gələrsə, bir gündə üç günün işini görməliyik”.

Amerika Konqresində türklərdən başqa əksər etnik qrupların nümayəndələrinin olduğuna diqqət çəkən T.Selen, Türk Amerikan toplumunun da paytaxt Vaşinqtona bir siyasətçi göndərməsinin vaxtının gəldiyini ifadə edib: “Amerika Konqresində tablonun əskik olan hissəsini tamamlaya bilərik. Qalib gəlsək, Amerika siyasətindəki mozaikanı zənginləşdirəcəyik”.

Mission News Theme by Compete Themes.