Press "Enter" to skip to content

Şəhidlər xiyabanı istiqamətində avtobusların hərəkəti dəyişəcək

Şəhidlər xiyabanı

Son yeniləmə: 19 Yanvar 2022 13:50

Bayraqdar.info – “20 Yanvar faciəsinin 32-ci ildönümü günü şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar, Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

“Qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək”.

Məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yanvarın 19-da yayıb.

Mission News Theme by Compete Themes.