Son yeniləmə: 19 Yanvar 2022 15:04
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin tabeliyində 133 muzey və 59 Heydər Əliyev Mərkəzi var.
Bunu mədəniyyət naziri Anar Kərimov yanvarın 19-da Nazirliyin kollegiya iclasında deyib.
“Bu məkanlarda ötən il müxtəlif sərgilər keçirilib, tədbirlər təşkil olunub. Ötən il ərzində “British Council” ilə muzey işində inklüzivlik üzrə birgə layihələr həyata keçirilib. Eyni zamanda görkəmli rəssamlar Mikayıl Abdullayev və Kamil Əliyevin 100 illik yubiley sərgiləri açılıb.
“Milli İncəsənət Muzeyində Zəfər Gününə həsr olunmuş “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi, Milli Xalça Muzeyi tərəfindən “Qarabağın xalça xəritəsi” layihəsi əsasında Zəfər xalçasının kəsimi gerçəkləşib”,-deyə nazir bildirib.