Press "Enter" to skip to content

İçərişəhərdə 90-cı illəri ehtiva edən ev maketi -FOTOLAR

İçərişəhərdə ev maketi

Son yeniləmə: 19 Yanvar 2022 11:56

Bayraqdar.info – “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il Ümumxalq Hüzn Günü ilə əlaqədar müxtəlif layihələr reallaşdıraraq bu faciəvi hadisələri və şəhidləri yad edir.

İçərişəhərdə ev maketi

Qoruq İdarəsindən bayraqdar.info-ya bildirilib ki, o qanlı gecənin hadisələrini, Azərbaycan xalqının qəhrəmanlığını bir daha xatırlatmaq üçün İçərişəhərin Böyük Qala küçəsində, Qoşa Qala qapısı yaxınlığında ötən əsrin 90-cı illərinin üslubunda dekorasiya edilmiş bir ev maketi yerləşdirilib. Maketin interyerində həmin dövrə aid xırda elementlər, televizor monitorunda 20 Yanvar hadisələrini 1990-cı ildə işıqlandıran xəbərlər, verilişlər və çıxışlardan yığılmış videoçarx təqdim edilir.

İçərişəhərdə ev maketi

Xatırladaq ki, 1990-cı il yanvarın 20-də baş vermiş qanlı faciədən 32 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Fotolar: Tarix üzə fəlsəfə doktoru Pərviz Elaya (Qasımov) məxsusdur.

İçərişəhərdə ev maketi
Mission News Theme by Compete Themes.