Press "Enter" to skip to content

Hacı Zeynalabdin Tağıyev haqqında serial

Hacı Zeynalabdin Tağıyev

Son yeniləmə: 19 Yanvar 2022 16:13

Bayraqdar.info – Məşhur Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev haqqında serialın hazırlıq mərhələsi davam edir. Səkkiz seriyadan ibarət film Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və digər bir neçə qurumun iştirakı ilə istehsal olunacaq.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda o da xatırladılır ki, 2023-cü ildə Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Böyük xeyriyyəçinin 200 illiyi UNESCO-nun 2023-cü il üçün yubileylər proqramına salınıb. Tağıyev haqqında serialın da o tarixdə hazır olması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.