Son yeniləmə: 19 Yanvar 2022 14:39
Bayraqdar.info – Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixliq qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması “Azərbaycan Nəşriyyatı” MMC-yə dəyişdirilib.
Xatırladaq ki, “Azərbaycan” Nəşriyyatının həm təmir cəhətdən bərbad olduğunu, həm də “reket”lərin məkanına çevrildiyini zaman-zaman yazmışıq. Nəhayət ki, deyəsən, Baş nazirin bu qərarından sonra vəziyyətin düzələcəyinə ümidimiz artır. Nəşriyyatın binasına toplaşan həm “reket” dəstəsi, həm də başqa sahələrə aid qurumlar oradan çıxarılarsa, təmizlənmə işləri aparılarsa, bu, Azərbaycan jurnalistlərinə bir töhfə olar. Elə aylar öncə yazdığımız yazıda da bu problemə toxunmuşuq.