Son yeniləmə: 19 Yanvar 2022 12:53
Bayraqdar.info – Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun İdarə Heyətinin iclası olub.
Federasiyadan bayraqdar.info-ya verilən məlumata görə, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iclas iştirakçılarına təqdim edilib. İdarə Heyəti üzvləri yekdilliklə F.Əliyevin federasiyaya baş katib seçilməsinə səs veriblər.
“Qeyd edək ki, F.Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, 2017 – 2021-ci illərdə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi beynəlxalq federasiyanın konqreslərində səsvermə hüququna malik 15 nümayəndəsindən biri olub. Həmçinin 2018-ci ildən Beynəlxalq Velosipedçilər İttifaqının Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratorudur.