Press "Enter" to skip to content

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq

Son yeniləmə: 19 Yanvar 2022 10:08

Bayraqdar.info – 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanla yanaşı dünyanın müxtəlif yerlərində tədbirlər keçiriləcək. Bununla əlaqədar olaraq qardaş Türkiyənin ayrı-ayrı şəhərlərində də anım mərasimləri, tədbir və konfranslar keçiriləcək.

Belə tədbirlərdən biri də yanvarın 21-də Ankarada baş tutacaq. Bayraqdar.info-nun əldə etdiyi məlumata görə həmin tarixdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Şuşa Konqres Mərkəzində “20 Yanvar şəhidlərini anma törəni” olacaq.

Azərbaycannın Türkiydəki səfirliyinin və TADİV-in birgə təçkilatçılığı ilə keçiriləcək tədbir yerli vaxtla saat 15:00-da başlanacaq.

Mission News Theme by Compete Themes.