Son yeniləmə: 19 Yanvar 2022 17:12
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib. Maddi yardımlar 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar ödənilib.
ƏƏSMN-dən bayraqdar.info-ya yanvarın 19-da verilən məlumat görə nu kateqoriyalara aid ümumilikdə 333 nəfərin hər birinin bank hesabına 200 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb.
Bakı şəhərində qeydiyyatda olanlar Beynəlxalq Bankın Bakı şəhərindəki istənilən filialına, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə Beynəlxalq Bankın həmin ərazilər üzrə filiallarına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik maddi yardımı almaq üçün bank kartlarını götürə bilərlər.
Qeyd edilib ki, digər sosial ödənişlərdə artımlar edildiyi kimi, bu birdəfəlik maddi yardımın məbləği də ötən ilə nisbətən 2 dəfə artırılıb.