Press "Enter" to skip to content

Əlilliyi olan şəxslərə üstünlük verilir

Son yeniləmə: 19 Yanvar 2022 15:10

Bayraqdar.info – 2021-ci ildə 1 min 348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

Həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə mal və materiallarla təmin olunaraq öz təsərrüfatlarını qurub.

Bu barədə bayraqdar.info-ya yanvarın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Həmçinin, Agentlik tərəfindən ötən il 2 min 850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib.

Mission News Theme by Compete Themes.