Son yeniləmə: 18 Yanvar 2022 17:57
Bayraqdar.info – İranda erməni katoliklərinin Royan şəhərində yerləşən Hayqaşen adlı düşərgəsi var və təxminən yarım əsr öncə salınıb. Bura erməni katoliklərinə ev sahibliyi edən bölgənin müasir tarixinə çevrilmiş xüsusi istirahət-təhsil kompleksidir.
“Azad İran” Telegram kanalının məlumatına görə, IRNA xəbər verib ki, Mazandaran əyalətinin Nur və Royan şəhərlərinin sakinləri 40 ildən artıqdır ki, Hayqaşen adı ilə tanışdır. Bu düşərgə-villa kompleksi qeyd edilən iki şəhər arasında və sahil zonasında yerləşir.
20 hektara yaxın ərazisi olan şəhərcik hətta Nur və Royan sakinləri üçün də sirdir. Çünki indiyədək az sayda yerli sakin ora daxil ola bilib.
Nur-Royan magistral yolundan keçərək Hayqaşenin ağ və hündür divarlarının arxasında kilsə qülləsi və xaç şəkilli binalarının bir hissəsini görmək olar. Eyni zamanda bölgənin şəhərsalma planından fərqli memarlığa malik bir neçə başqa tikilini də görmək mümkündür.
Qeyd edək ki, İranda onlarla qeyri-fars millətin yaşamasına baxmayaraq ermənilərin dəyəri hökumətin gözündə tamamən fərqlidir. Onlar üçün hər bir şərait hazırlayan Tehran rejimi nədənsə ölkədəki digər millətlərə qarşı eyni münasibəti sərgiləmir. Sayları 100 mindən də az olan İran erməniləri üçün Mazandaran vilayətində bölgədə heç nə ilə müqayisə edilməyəcək qədər gözəl villalar və istirahət komleksləri tikilib. Burada ermənilərin öz dillərində tam azad və rahat təhsil almasından fərqli olaraq ölkə əhalisinin 40 faizini təşkil edən Güney Azərbaycan türkləri belə hüquqdan məhrumdur. Eyni zamanda onlar hərbslərə, sürgünlərə, təqiblərə və işgəncələrə məruz qalır, döyülür, edam edilir və alçaldılır. Fars-molla rejiminin “müsəlman qardaşlığı” budur işdə…