Press "Enter" to skip to content

“Qış düşərgəsi”nə tələbələrin qeydiyyatı davam edir

Tələbələrin qış düşərgəsi

Son yeniləmə: 18 Yanvar 2022 18:13

Bayraqdar.info – Tələbələrin “Qış düşərgəsi”nə (Winter bootcamp) qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, düşərgədə iştirak etmək istəyən tələbələr 24 yanvar 2022-ci il tarixinədək linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

“Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

“Qeyd edək ki, düşərgə Təhsil İnstitutunun təşkilatçılığı ilə 5-13 fevral 2022-ci il tarixlərində Quba rayonunda təşkil ediləcək”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.