Press "Enter" to skip to content

Qazax ziyalıdan ermənilərlə bağlı sərt sözlər – VİDEO

Səlim Öten

Son yeniləmə: 18 Yanvar 2022 09:14

Bayraqdar.info – Yanvarın 2-də başlamış və qardaş Qazaxıstanı xaosa sürükləmiş məlum olayların əks-sədası hələ də səngimir. Özəlliklə də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi güclərinin Qazaxıstana dəvət edilməsi həm ölkə içində, həm də dışında müzakirələrə səbəb olub. Bu hərbi güclərin tərkibində ermənilərin olması isə əlavə narazılıq yaradıb.

Bugünlərdə tanınmış qazax ziyalısı – yazıçı, hüquqşünas və ictimai xadim Səlim Öten də özünün qazaq.kz Youtune kanalında məsələylə bağlı sərt mövqe ifadə edib. Yüz minlərlə izləyicinin izləyib bəyəndiyi çıxışda ermənilərin Qazaxıstana sülhməramlı adı altında dəvət edilməsi tənqid edilir.

S.Öten çıxışında xatırladır ki, hələ 1933-cü ildə Levon Mirzoyanın Qazaxıstana başçılıq etdiyi dövrdə daşnaklar bu xalqa divan tutub, qazaxlar kütləvi repressiyaya məruz qalıb. O, daha sonra əlavə edir ki, uzun illər ərzində ermənilər Azərbaycan torpaqlarını işğalda saxlayıb, qardaş xalqa qarşı müharibə aparıb. “Bizim türk qardaşlarımıza düşmənlik edən erməniləri necə olur ki, Qazaxıstana dəvət edirsiniz”, – deyə S.Öten sual edir.

S.Öten sonda əlavə edir ki, görünür ermənilər L.Mirzoyan və daşnak babalarından qalma işi tamamlamaq – qazaxları yenidən qırmaq üçün fürsət axtarırlar.

Qeyd edək ki, S.Ötenin bu çıxışı sosial mediada olduqca geniş şəkildə yayımlanır və istər Qazaxıstanda, istərsə də ondan kənarda ciddi şəkildə bəyənilir.

@azerhasret

Салим Отен, казахский общественник, об армянских миропритворцах. #миротворец #армяне #казахстан #карабах #azerhasret #azərhəsrət #kəşfet

♬ Originalton – Azer Hasret

Mission News Theme by Compete Themes.