Bayraqdar.info – Qazaxıstanın 1-ci Prezidenti, Elbaşı Nursulstan Nazarbayev 2 yanvarda başlayan hadisələrdən sonra ilk dəfə xalqa müraciətlə çıxış edib. Elbaşının Mətbuat xidmətinin yanvarın 18-də yaydığı çıxışında N.Nazarbayev baş verən olaylara münasibət bildirib.
Elbaşı öz çıxışında bu hadisələrdən dərs çıxarılmasının vacibliyini qeyd edib. O, əlavə edib ki, hazırda istirahətdədir və Qazaxıstan paytaxtından da heç yerə getməyib. N.Nazarbayev bildirib ki, Prezident Qasım-Jomart Toqayevlə aralarında hər hansı qarşıdurma yoxdur. O, ölkəsinin əldə etdiyi uğurlar haqqında da fikirlərini bildirib. Elbaşı sözünün sonunda Qazaxıstan xalqını birliyə dəvət edib.