Son yeniləmə: 18 Yanvar 2022 02:00
Bayraqdar.info – Yanvarın 23-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçiriləcək. Qeyd edək ki, bu 1974-cü ildən bəri Kıbrıs türklərinin sayca 15-ci parlament seçkisidi.
Bununla bağlı məlumatda deyilir ki, KKTC-də 1974-cü ildən bu günə kimi 12 dəfə prezident, 14 dəfə isə parlament, 12 dəfə yerli seçkilər keçirilib. Həmçinin bu günı kimi 5 dəfə referendum keçirilib. KKTC-də prezident və parlament seçkiləri 5 ildən bir, yerli seçkilər isə 4 ildən bir keçirilir.
Bundan başqa bu günə kimi iki dəfə parlament və yerli seçkilər, iki dəfə isə prezident seçkiləri və refendum eyni gündə keçirilib. Prezidentlik və referendumlar da iki dəfə eyni tarixdə və birlikdə keçirilib.
Əgər Kıbrıs Türk Federal Dövləti (KTFD) Məclisində millət vəkillərinin sayı 40 idisə, KKTC dövründə millət vəkillərinin sayı 50-yə çatıb.
KKTC-nin elan edilməsindən sonra ilk parlament seçkiləri 23 iyun 1985-ci ildə, sonuncusu isə 7 yanvar 2018-ci ildə keçirilib.
KKTC-də 1998-ci ilə qədər Lefkoşa, Mağusa və Girnə olmaqla 3 mahalda seçkilərin keçirilib. 1998-ci ildə Güzelyurt və İskelenin də rayon statusu alması ilə 5, 2016-cı ildə isə Lefkenin rayon olması ilə 6 rayonda seçkilər keçirilməyə başlanıb.
Bu dəfəki seçkilərdə ölkə üzrə 763 seçki məntəqəsində 203 min 792 seçici səs verəcək. Bunu mətbuata açıqlamasında KKTC-nin Yüksek Seçim Kurulu Başqanı Narin Ferdi Şefik deyib. Onun sözlərinə görə 6 rayonda yaradılan 763 seçki məntəqəsində ümumilikdə 2 min 289 nəfər fəaliyyət göstərir. Siyasi partiyaların isə həmin məntəqələrdə ümumilikdə 2 min 345 nümayəndəsi olacaq.
Yüksek Seçim Kurulu ilə rayon seçki komissiyalarında çalışacaq adamların sayının 5 min ətrafında olacağını və hər seçki məntəqəsində bir polisin görəvli olacağını deyən məmurunun rəhbərlik edəcəyini ifadə edən Narin Ferdi Şefik, seçkidən əvvəl bu insanların hamısında PCR testləri aparılacaq.
[…] KKTC-nin tarixində 15-ci parlament seçkisi […]