Press "Enter" to skip to content

KKTC-də Cümhurbaşqanlığı Danışma Kurulu ilk dəfə toplanıb

Son yeniləmə: 18 Yanvar 2022 01:59

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində Cümhurbaşqanlığı Danışma Kurulunun ilk iclası keçirilib.

Bu barədə yayılan məlumatda deyilir ki, iclas Cümhurbaşqanı Ersin Tatarın sədrliyi ilə keçirilib. İclasda Danışma Kurulunun üzvləri – KKTC Konstitusiya Məhkəməsinin keçmiş sədri Taner Erginel, Prof.Dr.Ata Atun, KKTC-nin keçmiş Baş prokuroru Güven Silman ve KKTC qurucu Cümhurbaşqanı Rauf R.Denktaşın səyahət səfiri Hüseyin Macit Yusuf’ iştirak ediblər.

Cümhurbaşqanlığında keçirilən görüşdə Cümhurbaşqanının siyasi məsələlər üzrə müşaviri Anıl Kaya da iştirak edib.

Danışma Kurulu cari, hüquqi və siyasi məsələlər, eləcə də xarici siyasət və Kıbırs məsələsi kontekstində təklif və rəylərini mütəmadi olaraq Cümhurbaşqanına təqdim edəcək.

Mission News Theme by Compete Themes.