Press "Enter" to skip to content

Hərbi Akademiyada Bolqarıstan nümayəndə heyəti ilə görüş – VİDEO

Hərbi Akademiyada görüş

Son yeniləmə: 18 Yanvar 2022 11:30

Bayraqdar.info – Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən yanvarın 18-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğu  vurğulanıb.

General-leytenant Heydər Piriyev ölkədəki müasir ordu quruculuğu və hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində aparılan işlər barədə danışıb. Qeyd olunub ki, hərbi təhsil sistemi müasir dünya praktikası və Vətən müharibəsində qazanılan təcrübələr də nəzərə alınmaqla həyata keçirilir.

“Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor Q.Angelov qeyd edib ki, peşəkar zabit kadrlarının hazırlanması Bolqarıstan Silahlı Qüvvələrində də prioritet sahələrdəndir.

“Görüşdə tərəflər təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

“Daha sonra hər iki ölkənin hərbi təhsil sistemləri, eləcə də Hərbi Akademiyanın tarixi və fəaliyyəti barədə brifinqlər təqdim edilib. Bolqarıstanın nümayəndə heyəti burada keçirilən dərs prosesinin gedişatı ilə tanış olub. Sonda qonaqların Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.