Press "Enter" to skip to content

Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 18 Yanvar 2022 11:29

Bayraqdar.info – 2021-ci ilin dekabr ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 13 min 598 vahid və ya 0,8 faiz artıb.

Bu barədə bayraqdar.info-ya yanvarın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bununla da fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 1,75 milyon vahid təşkil edib.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 min 379 vahid, fiziki şəxslər üzrə 10 min 969 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 1 min 250 vahid artıb.

Mission News Theme by Compete Themes.