Press "Enter" to skip to content

“Düşüncələr” xalçası toxunacaq

"Düşüncələr" xalçası

Son yeniləmə: 18 Yanvar 2022 18:01

Bayraqdar.info – Azərbaycan Milli Xalça Muzeyinin “Ənənələri yaşadanlar” rubrikasının növbəti mövzusu “Düşüncələr” xalçasının toxunma prosesinə həsr olunacaq.

Muzeydən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, yanvarın 19-na nəzərdə tutulan onlayn görüşdə xalçaçı-texnoloqlar İlhamə Əhmədova və Əminə Əliyeva xalçanın ərsəyə gəlməsi prosesi haqqında ətraflı məlumatlar verəcəklər.

Xalça dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi Eldar İbadullayevin eskizi əsasında toxunur.

Mission News Theme by Compete Themes.