Son yeniləmə: 18 Yanvar 2022 13:59
Bayraqdar.info – “Kürdlər və ərəblər kimi türkmənlər də İraqın qurucularındandır”.
Bunu Türkiyənin Milliyetçi Hərəkat Pariyasının Genel başqanı Devlet Bahçeli partiyasının qrup toplantısındakı çıxışında deyib.
Milliyet xəbər verir ki, D.Bahçeli “Türkmənsiz bir İraq yaralı, yetimdir”, – deyib.
Bildirilib ki, türkmənlər İraqın əsas qurucularından olsalar da, hələ də sosial hüquqlardan məhrumdurlar: “Bu ədalətli deyil, bərabərsizliyin kor düyünüdür. Türkmənlər kimliyindən və mədəni xüsusiyyətlərindən tutmuş yaşadıqları coğrafiyaya qədər münaqişə hövzəsinin mərkəzində olublar. İraqda türkmən qardaşlarımızın yaşadığı yerlər etnik və məzhəb fay xətlərinin kəsişmə yollarıdır. İraq türkmənləri siyasi təzyiqlərdən çox əziyyət çəkirdilər. Türkmənlərin və türkmən şəhərlərinin dağıdılmasına xidmət etmək insanlığa qarşı cinayətdir”.
“Kərkük türkdür, başqa sözə ehtiyac yoxdur”, – deyən MHP lideri əlavə edib ki, türkmənlər İraq cəmiyyətinin şərəfli icmalarıdır.
Onun sözlərinə görə, İraqda qurulacaq yeni hökumətdə türkmənlərin birdən çox nazirlikdə yer alması tarixi əhəmiyyət kəsb edir: “Təriqətçilik fitnədir, türk millətinə qarşı çəkilmiş bir silahdır. İraq türkmənləri düşdükləri tələdən dərhal qurtulmalıdırlar”.