Son yeniləmə: 18 Yanvar 2022 13:44
Türk dövlətləri arasında hərbi saziş imzalanmalıdır
Bayraqdar.info – “Hədəf türk-islam coğrafiyasıdır”.
Bunu Türkiyənin Milliyetçi Hərəkat Pariyasının Genel başqanı Devlet Bahçeli deyib.
Milliyet xəbər verir ki, yanvarın 18-də pariyasının qrup toplantısındakı çıxışında D.Bahçeli son vaxtlar türk dünyasında, o cümlədən Qazaxıstanda baş verənlərə də toxunub. O, qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı qeyri-sabitliyə qarşı məsuliyyətli mövqe sərgiləyib.
MHP Genel başqanı çıxışında diqqəti türk dövlətləri arasında hərbi razılaşma olmaması məsələsinə də yönəldib. D.Bahçeli deyib ki, türk dövlətləri arasında hərbi saziş imzalanmalıdır: “Bir-birimizdən ayrı bir şeyimiz yox, heç kimə də ehtiyacımız yoxdur. Bizim üçün Ankara nədirsə, digər türk dövlətlərinin paytaxtları da odur. Onların arasında heç bir fərq yoxdur. Sərhədlərimiz, coğrafiyamız, ölkələrimiz fərqli ola bilər, amma mənbəyimiz, millətimiz eynidir”.
[…] Devlet Bahçeli: Hədəf türk-islam coğrafiyasıdır […]