Press "Enter" to skip to content

2022-ci ilin ilk “Startap” şəhadətnamələri

Son yeniləmə: 18 Yanvar 2022 17:52

Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb.

Bu barədə bayraqdar.info-ya yanvarın 18-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin ilk “Startap” şəhadətnamələi “Pickpoint” MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması, “Smor” MMC-nin avtomobil ehtiyyat hissələrinin satışı üçün marketpleys, “Maestro Company Limited” MMC-nin məişət xidmətləri üçün veb platforma, “Documood” MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb platforma və “Pay2play” MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla KOBİA-nın saytından tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Mission News Theme by Compete Themes.