Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən 2021-ci ildə 566 min 288 vətəndaşın qəbulu həyata keçirilib.
Bu barədə bayraqdar.info-ya yanvarın 18-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 3 min 580-i Nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 56 min 2708-i Nazirliyin və qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində qəbul edilib.
Eyni zamanda, ötən il 1 milyon 412 min 491 vətəndaş müraciəti (o cümlədən, Nazirlik və qurumları tərəfindən 427 min 979 və 142 Çağrı Mərkəzi vasitəsilə 899 min 354, sosial şəbəkələr üzərindən 85 min 158 müraciət) cavablandırılıb.
Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.