Press "Enter" to skip to content

Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert

Bayraqdar.info – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Bu barədə bayarqdar.info-ya yanvarın 17-də Filarmoniyadan məlumat verilib.

Bildirilib ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (Bədii rəhbər və baş dirijor, Xalq Artisti Gülbacı İmanova) və solistlər çıxış edib.

Vurğulanıb ki, bəstəkarın “Zəfər çələngi” adlı əsəri şanlı Qələbəyə, ilk dəfə səslənən “Fortepiano və kamera orkestri üçün poema” isə Ümumilli Lider Heydər Əliyevə həsr olunub. Həmçinin konsertdə “Fortepiano və orkestr üçün 2 sayli konsert”, “Şuşa simfoniyası” (ilk ifa), “Vətənim Azərbaycan” kantatası (ilk ifa) kimi əsərlər ifa olunub.

Solistlər Beynəlxalq müsabiqələr laureatları Nuranə Zeynalova (piano), Nərgiz Kəngərli (piano), Sübhan Rüstəmov (tenor) çıxış ediblər.

Mission News Theme by Compete Themes.