Press "Enter" to skip to content

myGov-a beynəlxalq mükafat

Son yeniləmə: 17 Yanvar 2022 21:23

Bayraqdar.info – myGov tətbiqi beynəlxalq mükafata layiq görülüb. Belə ki, mobil tətbiq “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Bu barədə bayraqdar.info-ya yanvarın 17-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, qələbə münasibətilə myGov elektron hökumət portalını və mobil tətbiqini yaradan və idarə edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinə (EHİM) rəqəmsal sertifikat təqdim olunub.

“Qlobal Hökumət Mükəmməlliyi” mükafatının münsiflər komitəsi bu sahədə ixtisaslaşmış dünya ekspertlərindən ibarətdir. Belə ki, münsiflər heyətinə Elektron Hökumətin İnkişafı İndeksində öz mövqeləri ilə seçilən Estoniya, Böyük Britaniya, ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, İsveç və s. kimi ölkələrdən olan mütəxəssislər daxildirlər.

Komanda tərəfindən “Ən yaxşı ağıllı mobil tətbiq” nominasiyası çərçivəsində cəmiyyətə və vətəndaşlara dəyər qatan tətbiqlər qiymətləndirilir. Münsiflər heyəti ən yaxşı nümunələri mobil tətbiqlərin xüsusiyyətləri, texnoloji həlləri və innovasiyaları, məzmunu, istifadəçi yönümlü dizaynı və əlçatanlığı əsasında seçir.

“Qlobal Hökumət Mükəmməlliyi” mükafatının builki nominasiyalarında Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, ABŞ, Avropa və Afrikadan olan ölkələr yarışıb.

Mükafat “Global Government Excellence” şirkəti tərəfindən təsis edilib. Beynəlxalq səviyyəli şirkətin baş ofisləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərlərində yerləşir. Qeyd edilib ki, myGov həm internet portalı, həm də mobil tətbiq formatında vətəndaşlara xidmət göstərir. Portal 2019-cu ildə, mobil tətbiq isə 2021-ci ildə EHİM tərəfindən vətəndaşların istifadəsinə verilib.

Yaradılmasının 1-ci ildönümü qeyd olunan mobil tətbiqi, həm IOS, həm də Android əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklər vasitəsilə keçid edərək, yükləyib istifadə edə bilərlər.

Vətəndaşlar myGov-da qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yaradır, özünə aid fərdi məlumatlarla tanış olur, habelə bu məlumatlarda aşkarlanan səhvlik və ya natamamlıqla əlaqədar “Əks əlaqə” bölməsi vasitəsilə müraciət edirlər. Bir çox inteqrasiya olunmuş sistemlərin xidmətlərini özündə birləşdirən myGov-da hazırda 800 mindən çox istifadəçi qeydiyyatdan keçib.

Mission News Theme by Compete Themes.