Son yeniləmə: 17 Yanvar 2022 10:22
Bayraqdar.info – Monteneqro parlamentinin sədri Aleksa Beçiç yanvarın 16-da gecə saatlarında Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bayraqdar.info-ya bildirilib.
“H.Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev, Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.
“Səfər çərçivəsində Monteneqro parlament sədrinin ölkənin dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq”, – deyə xəbərdə qeyd edilir.