Son yeniləmə: 17 Yanvar 2022 17:01
Bayraqdar.info – “Baladna Food Industries” şirkətinin nümayəndələri ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib. Bu şirkət Qətər Dövlətinin ət, süd və süd məhsullarına olan tələbatını 95 faiz təmin edir.
Bu barədə bayraqdar.info-ya yanvarın 17-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Baladna Food Industries”in icraçı direktoru Ramez Al-Khayyat arasında görüş keçirilib.
Görüşdə qarşılıqlı olaraq KOBİA-nın dəstək və xidmətləri və Qətər şirkətinin fəaliyyəti barədə məlumat verilib, eləcə də əməkdaşlıq imkanlarına və Azərbaycanda KOB-ların iştirakı ilə oxşar layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.