Son yeniləmə: 17 Yanvar 2022 11:57
Bayraqdar.info – İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyəti davam etdirir.
Müdafiə Nazirliyindən bayraqdar.info-ya yanvarın 17-də verilən xəbərdə bildirilir ki, yolların daim işlək qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin mövqelərinə rahat getmək üçün yeni yollar çəkilir.