Son yeniləmə: 17 Yanvar 2022 00:57
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Güzelyurtda olub.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar Güzelyurt Bələdiyyəsinin yeni mərkəzi binasının tikintisini və Milli Mübarizə Muzeyinin tikintisi ilə yerində tanış olub. Hər iki bina Türkiyənin Lefkoşadakı səfirliyinin və TİKA-nın dəstəyi ilə tikilir.
Güzelyurtun günü-gündən inkişaf etdiyini deyən Cümhurbaşqanı bu cür işlərə görə dəstək olan hər kəsə təşəkkür edib.
KKTC Cümhurbaşqanı Güzelyurt Bələdiyyəsinin 2 min 862 kvadratmetr sahəsi olan yeni mərkəzi binasının tikintisinə 2 il əvvəl başlandığını deyib. Qeyd edilib ki, ümumilikdə 3 mərtəbədən ibarət olacaq binada əlil vətəndaşlar üçün də xüsusi yerlər qoyulub.
Daha bir yeni layihə olan Milli Mübarizə Muzeyi ilə Kıbrıs türklərinin tarixini gələcək nəsillərə anlatma fürsəti yaradılacağını ifadə edən E.Tatar muzeydə Kıbrıs türklərinin 1983-cü ilə qədərki tarixindən də bəhs ediləcəyini bildirib. 24 noyabr 2021-ci ildə təməli qoyulan binanın karkas hissəsi olan 1-ci mərhələ layihəsi tez bir zamanda tamamlanıb.
E.Tatar işlərin vaxtında görüldüyünə görə Güzelyurt Bələdiyyə Başqanı Mahmut Özçınar və bələdiyyə işçilərini dəyərli xidmətlərinə görə təbrik edib.