Son yeniləmə: 17 Yanvar 2022 19:44
Bayraqdar.info – Azərbaycanda 552 yeniyetmə yeni növ koronavirus COVID-19 infeksiyası əleyhinə peyvənd olunub.
Bayraqdar.info xəbər verir ki, bu barədə yanvarın 17-də Səhiyyə Nazirliyindən məlumat verilib.
“Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində “Pfizer” peyvəndi ilə aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.
“Yeniyetmələrin vaksinasiyası elektron xidmətdən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür”, – deyə xəbərdə bildirilir.