Press "Enter" to skip to content

“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı – QƏTƏRDƏ

Qətərdə kitab təqdimatı

Son yeniləmə: 17 Yanvar 2022 15:47

Bayraqdar.info – Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan povilyonunda dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı olub.

Təqdimatı Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən əsəri Nazirlik və M.F.Axundov adına Milli Kitabxana tərəfindən ərəb dilinə tərcümə olunaraq çap olunub. Mərasimi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq N.Gəncəvinin Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi ən qüdrətli dühalardan biri olduğunu vurğulayıb.

K.Tahirov “Dəmir yumruğun gücü” adlı kitabın Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərəb dilində nəşrinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ərəb dilində nəşr etdiyi “Azərbaycanın qadın ziyalıları” kitabları haqda da danışıb.

Sonra çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli belə möhtəşəm beynəlxalq sərgidə 3 mühüm kitabın eyni zamanda təqdim olunmasını böyük hadisə hesab edib.

Tədbirdə Qətər Milli Kitabxanasının direktoru, səfirliyin nümayəndəsi və Qətərdə yaşayan və işləyən mütəxəssislər çıxış ediblər. Sonda hər üç kitabın nüsxələri tədbir iştirakçılarına paylanıb və onlar Azərbaycandan gətirilmiş milli mətbəxin ləziz nümunələrinə qonaq ediliblər. Qətər Beynəlxalq Kitab Sərgisi yanvarın 22-dək davam edəcəkdir.

Mission News Theme by Compete Themes.