Son yeniləmə: 17 Yanvar 2022 17:32
Bayraqdar.info – “Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.
“Bu barədə təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.
“Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və “dəyirmi masa”ların da keçirilməsi nəzərdə tutulur”.
Təhsil Nazirliyindən yanvarın 17-də bayraqdar.info-ya daxil olan xəbərdə belə deyilir.