Press "Enter" to skip to content

20 Yanvar faciəsinə işıq tutan əvəzolunmaz şəkillər – VİDEO/FOTO

Rasim Sadıxov

Son yeniləmə: 16 Yanvar 2022 21:56

Bayraqdar.info – Peşəkar fotoqraf, müasir Azərbaycan siyasi tarixinin foto salnaməçisi Rasim Sadıxov 20 Yanvar faciəsi ərəfəsində hadisəni əks etdirən fotolardan ibarət videomaterial hazırlayıb.

Bu haqda bayraqdar.info-ya yanvarın 16-da fotoqrafın özü xəbər verib.

R.Sadıxov bildirib ki, videomaterial Youtube-da dərc edildikdən az sonra platforma onu yasaqlayıb. Görünür, Azərbaycanın haqq davasının əleyhdarları kütləvi şikayət ediblər.

Müəllif ruhdan düşməyib, yenidən materialı dərc etdirib. Bu dəfə isə onun silinməməsi üçün izləyicilərin bəyənib paylaşmasına ehtiyac var.

Biz də bayraqdar.info olaraq çağdaş Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 20 Yanvar 1990-cı il faciəsinin tanıdılması baxımından müəllifə dəstək verməyi lazım bilirik. Ona görə də oxucularımızdan videonu bəyənib paylaşmağı xahiş edirik.

Əlavə edək ki, R.Sadıxovun o qorxunc günlərdə risk edərək çəkdiyi çoxsaylı fotolar baş verənləri sənədləşdirmək baxımından əvəzolunmaz dəlillərdir.

Bilgi: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet (əslində Rusiya) hərbi birləşmələri Bakı şəhərinə, sonra da ölkənin başqa bölgələrinə xəbərdarlıqsız təcavüz edərək kütləvi qırğınlar törətmiş, silahsız insanları qətlə yetirmişdir. Təsdiq olunmuş məlumatlara görə, həmin hadisələrdə ən azı 132 nəfər dinc sakin öldürülmüşdü. Nəticədə Bakıda – köhnə Çəmbərəkənd qəbristanlığının yerində Şəhidlər Xiyabanı salınıb, bu yer indinin özündə də müqəddəs ziyarət yeri kimi qəbul edilir.

Video həssas materiallardan ibarət olduğuna görə yalnız Youtube-da baxmaq olar.

Fotolar üçün R.Sadıxovun Facebook hesabından da istifadə etmək mümkündür.

Mission News Theme by Compete Themes.