Press "Enter" to skip to content

Türkiyə Bosniya və Herseqovinadakı böhranın həlli üçün böyük səylər göstərir

Son yeniləmə: 15 Yanvar 2022 12:14

Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Avropa Birliyinə üzv ölkələrin səfirləri ilə görüşdə Balkanlardakı vəziyyətə də toxunub. Cümhurbaşqanı Türkiyənin Bosniya və Herseqovinadakı böhranın həlli üçün böyük səylər göstərdiyini bildirib.

Balkan Newsun məlumatına görə R.T.Erdoğan bildirib ki, yaxın coğrafiyada baş verən hadisələr xarici siyasət və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin nə qədər vacib, hətta həyati əhəmiyyət daşıdığını göstərir. Bu çərçivədə R.T.Erdoğan Bosniya və Herseqovinadakı siyasi böhranın həlli üçün böyük səy göstərdiklərini ifadə edərək, “bölgənin 1990-cı illərin mənfi atmosferinə dönməsi siqnallarının verilməsinə AB-yə üzvlük perspektivinin kəsilməsi böyük təsir edir”, – deyib.

Vurğulanıb ki, diplomatik səylərlə Qərbi Balkanlarda yumşaq gücünü artıran və bütün region ölkələri ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdıran Türkiyə, Avropa Biriyinin bölgədən üz döndərdiyi zaman bölgəyə ilk yardım edən ölkələr sırasında oldu.

Albaniyada zəlzələdən qorunmaq üçün sığınacaqlar və ölkənin ən qabaqcıl xəstəxanalarından birini tikən, Kosovoya yüz milyonlarla avro sərmayə qoyan və regionun bütün ölkələri arasında əməkdaşlığın inkişafı üçün müxtəlif dialoq mexanizmləri quran Türkiyə Qərbi Balkan ölkələrinin AB və NATO üzvlüyünü də dəstəkləyir.

Xatırladaq ki, Recep Tayyip Erdoğanın yanvarın 17-də Albaniyaya səfəri planlaşdırılır.

Mission News Theme by Compete Themes.