Press "Enter" to skip to content

Türk şirkətləri – Bosniya və Herseqovinanın ən böyük ixracatçıları

Son yeniləmə: 14 Yanvar 2022 18:19

Bayraqdar.info – Bosniya və Herseqovinada türk sərmayəsinin həcmi hər keçən gün daha da artır. Belə ki, Bosniya və Herseqovinadakı ən böyük türk sərmayədarlarından olan Şişecam Lukavac ve Natron Hayat, 2021-ci ilin ən çox ixracat edən on firma arasına yer alıb.

Balkan News xəbər verir ki, Bosniya və Herseqovinnın Vergi İdarəsi tərəfindən dərc edilən hesabata əsasən 10 şirkətin yer aldığı ən böyük ixracatçılar siyahısında bu ölkədəki ən böyük türk sərmayələrindən biri olan Şişecam Lukavac altıncı, Natron Hayat isə yeddinci yerdə qərarlaşıb.

Qeyd edilir ki, Şişecam Lukavac 2006-cı ildə aldığı soda zavoduna böyük investisiyalar yatıraraq zavodu ölkənin ən böyük ixracatçılarından birinə çevirib. Fabrik istehsal etdiyi məhsulun 80 faizini Şərqi və Qərbi Avropaya satır, qalan 20 faizini isə bazardakı dövri inkişaflardan asılı olaraq Yaxın Şərq, Türkiyə, Afrika və Hindistan kimi bazarlarda qiymətləndirir.

2005-ci ildə Bosniya və Herseqovinada “Natron – Hayat” şirkətini yaradan Hayat Holdinq isə Maqlaj şəhərində 1956-cı ildə fəaliyyətə başlayan “Natron” kağız və sellüloz fabrikini alıb. Obyektə 100 milyon avrodan çox sərmayə qoyan şirkət istehsalının demək olar ki, 95 faizini 70-dən çox ölkəyə ixrac edir.

Mission News Theme by Compete Themes.