Son yeniləmə: 15 Yanvar 2022 10:38
Bayraqdar.info – Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində işıqlandırılıb. İtaliyanın “Askanews”, “Agenzia Nova” informasiya agentlikləri, habelə “Nova News”, “Kmetro0”, “Il Corriere di Sicilia”, “Globus magazine”, “Yahoo Notizie”, “Yahoo finanza”, “Eurasianews” kimi kütləvi informasiya vasitələri Azərbaycna dövlət başçısının müsahibəsi barədə geniş məlumat veriblər.
Bu barədə bayraqdar.info-ya Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində ölkədə 2021-ci ildə iqtisadi və sosial sahədə görülmüş işlər, Azərbaycanla Ermənistan arasındakımünasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti, Aİ-Azərbaycan münasibətləri, Avropanın enerji təchizatında Azərbaycanın rolu ilə bağlı cavabları geniş şəkildə əks olunub.