Press "Enter" to skip to content

Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 15 Yanvar 2022 12:15

Bayraqdar.info – Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatıb.

Bu barədə bayraqdar.info-ya yanvarın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.

Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 milyon manat çox olmaqla 4 milyard 592 milyon manat vəsait ödənilib.

2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistemüzərindən proaktiv qaydada həyata keçirilib.

Mission News Theme by Compete Themes.