Son yeniləmə: 15 Yanvar 2022 14:07
Bayraqdar.info – Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir.
Bayraqdar.info xəbər verir ki, bu barədə yanvarın 15-də Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.